Cənub bölgəsində 18 təhsil müəssisəsinin infrastrukturu yenilənir – Siyahı

Lənkəran-Astara regionunda 18 təhsil müəssisəsinin infrastrukturu yenilənir.

Mecra.az xəbər verir ki, bu haqda Lənkəran-Astara Rgional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, şagirdlər üçün daha müasir, təhlükəsiz və əlverişli təhsil mühitinin yaradılması istiqamətində regionun təhsil müəssisələrində tikinti, əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Hazırda tikintisi və ya əsaslı təmiri davam etdirilən təhsil müəssisələri:

1) Astara rayonu Ərçivan qəsəbəsi 1 nömrəli tam orta ümumtəhsil məktəbi

2) Astara rayonu Həzi Sovqatov adına Şümrüd kənd tam orta ümumtəhsil məktəbi

3) Astara rayonu Nizami Əliyev adına Maşxan kənd tam orta ümumtəhsil məktəbi

4) Astara rayonu Maşxan kənd körpələr evi-uşaq bağçası

5) Astara rayonu Züngüləş kənd ümumi orta ümumtəhsil məktəbi

6) Cəlilabad rayonu Bədirli kənd tam orta ümumtəhsil məktəbi

7) Cəlilabad rayonu Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbi

8) Cəlilabad rayonu Musalı kənd tam orta ümumtəhsil məktəbi

9) Cəlilabad rayonu Təzəkənd kəndi Elxan Fətiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi

10) Cəlilabad rayonu Uzuntəpə kəndi Naib Qurbanov adına 3 nömrəli ümumi orta ümumtəhsil məktəbi

11) Cəlilabad rayonu Xəlilli kənd tam orta ümumtəhsil məktəbi

12) Lənkəran rayonu Ədalət Hüseynov adına Vilvan kənd tam orta ümumtəhsil məktəbi

13) Lənkəran rayonu Lüvəsər kənd tam orta ümumtəhsil məktəbi

14) Lənkəran rayonu Viyən kənd tam orta ümumtəhsil məktəbi

15) Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbi

16) Lənkəran şəhəri Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-lisey

17) Masallı rayonu Mahmudavar kənd tam orta ümumtəhsil məktəbi

18) Masallı rayonu Ərkivan qəsəbəsi Cəfər Cabbarlı adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi.

Yeni tədris ili üçün istifadəyə verilməsi nəzərdə tutulan təhsil müəssisələrin binaları:

1) Astara rayonu Ərçivan qəsəbəsi 1 nömrəli tam orta ümumtəhsil məktəbi

2) Astara rayonu Həzi Sovqatov adına Şümrüd kənd tam orta ümumtəhsil məktəbi

3) Astara rayonu Nizami Əliyev adına Maşxan kənd tam orta ümumtəhsil məktəbi

4) Astara rayonu Maşxan kənd körpələr evi-uşaq bağçası

5) Cəlilabad rayonu Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbi

6) Cəlilabad rayonu Musalı kənd tam orta ümumtəhsil məktəbi

7) Cəlilabad rayonu Təzəkənd kəndi Elxan Fətiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi

8) Lənkəran rayonu Ədalət Hüseynov adına Vilvan kənd tam orta ümumtəhsil məktəbi

9) Lənkəran rayonu Lüvəsər kənd tam orta ümumtəhsil məktəbi

10) Lənkəran rayonu Viyən kənd tam orta ümumtəhsil məktəbi

11) Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbi

12) Lənkəran şəhəri Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-lisey

13) Masallı rayonu Ərkivan qəsəbəsi Cəfər Cabbarlı adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi

14) Masallı rayonu Mahmudavar kənd tam orta ümumtəhsil məktəbi

Ötən ildən indiyədək tikintisi başa çatdırılmış və istifadəyə verilmiş təhsil müəssisələri:

Astara rayonu Yalçın Nəsirov adına Sərək kənd tam orta ümumtəhsil məktəbi

Cəlilabad rayonu Göytəpə şəhəri Vasif Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi

Lerik rayonu Rəşid Nurullayev adına Cəngəmiran kənd tam orta ümumtəhsil məktəbi

Masallı rayonu Ərkivan qəsəbəsi 2 nömrəli uşaq bağçası

Masallı şəhəri 4 nömrəli körpələr evi-uşaq bağçasıBu layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının və infrastrukturunun müasirləşdirilməsinə, şagird və müəllimlər üçün daha əlverişli təhsil mühitinin formalaşdırılmasına xidmət edir.