2025-2026-cı tədris ilində Cəlilabad rayonu, V.Babayev adına Şiləvəngə kənd tam orta ümumtəhsil məktəbi qəbul imtahanında yüksək nəticə göstərib.
Mecra.az xəbər verir ki, ümumtəhsil məktəbinin XI sinfini 21 nəfər şagird bitirib.
Onlardan 9-u tələbə adını qazanaraq Respublikanın müxtəlif universitetlərinə daxil olmuşlar:
- Əhmədli Lalə Ramil qızı– 541 bal, LDU, İngilis dili müəllimliyi, ödənişsiz
- Həsənli Sübhan Hüseyn oğlu– 512 bal, Polis Akademiyası
- Şəkərli Nəzrin Üzeyir qızı– 452 bal, ADNSU, kimya mühəndisliyi
- Məmmədov Amil Səməd oğlu– 443 bal, Dövlət Gömrük Akademiyası, ticarət və loqistika
- Nəsirova Sevinc Elmir qızı– 404 bal, BSU, Rus dili müəllimliyi
- Məmmədli Nərmin Rasim qızı– 340 bal, ADPU, Coğrafiya müəllimliyi
- Məmmədova Fatimə Raci qızı– 270 bal, LDU, Fizika müəllimliyi
8.Quliyeva Arzu Tehran qızı– 200 bal, Bakı Biznes Universiteti, marketinq
9.Məmmədov Səlim Elşən oğlu–185 bal, Bakı Avrasiya Universiteti, dövlət və bələdiyyə idarəetməsı
Məzunlarımızın hər birini təbrik edir və gələcək fəaliyyətlərində onlara uğurlar diləyirik!
👁 165 baxış
