Özbəkistan-Azərbaycan münasibətləri regional əməkdaşlığın ən parlaq nümunəsidir. Xalqları birləşdirən tarixi köklər və mənəvi yaxınlıq, iki dövlət rəhbərləri arasında formalaşmış şəxsi etimad münasibətləri siyasi dialoqu daha da gücləndirib.
2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi. Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Şuranın artıq Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialoqun ardıcıllığını və ölkələrimizin perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir.
Qısa müddətdə imzalanan müttəfiqlik sənədləri, 2025–2029-cu illəri əhatə edən Yol Xəritəsi və Ali Dövlətlərarası Şuranın yaradılması əlaqələrin institusional əsasını möhkəmləndirib. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəyişməz dəstək və Qarabağın bərpasına töhfə olaraq Füzulidə məktəb inşa etməsi qardaşlıq münasibətlərinin real təzahürüdür.
Bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir. İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb.
Əminik ki, dövlət başçımızın səfərinin yekunları da ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olacaq.
Fəttah Kərimov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Uzuntəpə kənd
inzibati ərazi dairəsi üzrə nümayəndəsi
👁 2 baxış
