Cəlilabadın bu ərazilərində işıq olmayacaq – naqillər yenilənir

Cəlilabad rayonunda 12 min abonentə elektrik enerjisinin verilməsində fasilə yaranacaq.

Mecra.az xəbər verir ki, bu haqda Cəlilabad rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirib ki, 24 avqust 2026-cı il tarixdə saat 10:00-dan 13:00-dək yararsız naqillərin yenilənməsi işləri ilə əlaqədar Cəlilabad rayonu üzrə 2280 abonentin (Kövüzbulaq, Zəhmətabad, Musalı, Ləkin, Əsədli, Şatırlı, Badamağac və Buravar kəndləri) və 15:00-dan 17:00-dək 9755 abonentin (Göytəpə şəhəri, Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Hacıcavadlı, Çünzəli, Soyuqbulaq, Vənlik, Güneyli, Darlıq, Ağbulaq, Axtaxana, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Bəcirəvan, Şıxlar, Həziabad və Alaşar kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaqdır.

Vasif ƏLİHÜSEYN 

👁 43 baxış