Daşkəsəndə sel suları kəndin yolunu bağladı – FOTOLAR

XƏBƏR XƏTTİ
Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Azərbaycan-Kamboca əlaqələri dərinləşir•Beynəlxalq platformalarda uğurlu tərəfdaşlıq•Birgə təşəbbüslər aktuallaşır•Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı•“Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər”•Məktəb direktorunun maşınını yandıran həbs edildi – VİDEO•Qarşılıqlı fəaliyyətə töhfə•Sülh və təhlükəsizlik amalımızdır•Azərbaycan-Kamboca əlaqələri dərinləşir•Beynəlxalq platformalarda uğurlu tərəfdaşlıq•Birgə təşəbbüslər aktuallaşır•

Avqustun 20-si gündüz saatlarında Daşkəsən rayonuna aramsız yağan leysan yağışları nəticəsində Daşkəsən-Mollahəsənli avtomobil yoluna iri qaya parçaları və palçıq kütləsi tökülərək yol bağlanıb.

Mecra.az xəbər verir ki, nəticədə kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Hazırda yolun açılması istiqamətində işlər aparılır. Belə ki, problemin aradan qaldırılması istiqamətində dərhal işlərə başlanılıb. “31 saylı Yol İstismarı” MMC, “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-nin dəstəyi ilə əraziyə texnikalar cəlb olunub. Yol iri qaya parçaları və palçıq kütləsindən təmizlənib.

Rayonda qeyri-sabit hava şəraiti davam edir. Bütün idarə, müəssisə və xidmət sahələri fəaliyyətlərini hava şəraitini nəzərə almaqla qurur (Qafqazinfo).




Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt