Bu qayda 10 il qüvvədə olacaq – Prezident təsdiqlədi

XƏBƏR XƏTTİ
600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Masallıda narazılıq: “Təzəklə ev qızdırırıq” – VİDEO•Eksternat imtahanları üçün sənəd qəbulu başlayır•Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı – Sərəncam•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Masallıda narazılıq: “Təzəklə ev qızdırırıq” – VİDEO•Eksternat imtahanları üçün sənəd qəbulu başlayır•Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı – Sərəncam•

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalı üzrə əlavə dəyər vergisi və gömrük rüsumundan azadolmalarla bağlı yeni hüquqi mexanizm qüvvəyə minib.

Mecra.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişikliklərdə öz əksini tapıb.

Yenilənmiş qanuna əsasən, sənaye və texnologiyalar parklarının rezidentləri, idarəedici təşkilatları və operatorları, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və fiziki şəxslər (hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olanlar) tərəfindən idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular üçün tələb olunan təsdiqedici sənədlərə dair müddəalar əlavə edilib.

İndi bu hüquqdan həmçinin işğaldan azad edilmiş ərazilərdə idxalı vergi və rüsumlardan azad olunan iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə fəaliyyət göstərən sahibkarlar da yararlana biləcəklər.

Yeni qayda 2023-cü il yanvarın 1-dən qüvvəyə minir və 2033-cü il yanvarın 1-dək tətbiq olunacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt