Göytəpə şəhərində yeni məktəb binasının tikintisinə başlanıldı – FOTO

XƏBƏR XƏTTİ
Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•

Cəlilabad rayon Göytəpə şəhərində Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binasının tikintisinə başlanılıb.

Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu sosial-iqtisadi siyasət respublikamızın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da davam etdirilir.

Ölkəmizdə təhsilin inkişafından danışarkən heç şübhəsiz təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan davamlı addımları da vurğulamaq lazımdır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub. Təmirə ehtiyacı olan məktəblər ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilərək istifadəyə verilib.

Bir 2 nəfər və ot şəkili ola bilər

Qeyd edək ki, görülən işlərə uyğun olaraq Göytəpə şəhər Vasif Hüseynov adına 2 saylı tam orta məktəbi üçün yeni binanın inşası işlərinə başlanılıb. Tədris ocağı üçün tikilən yeni bina 3 mərtəbəli, 700 şagird yerlik olacaq.  Binanın növbəti dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Bir 1 nəfər şəkili ola bilər

Müasir arxitektura üslubunda inşa edilən məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait olacaqdır. Bu da gələcəkdə şagirdlərin təhsili üçün gözəl təməl sayılır. Göytəpə şəhər əhalisi yeni məktəb binasının tikintisini razılıq hissi ilə qarşılayıblar. Məktəbin kollektivi və valideynlər təhsil sahəsinə göstərilən dövlət qayğısına görə, ölkə prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəkilin açıqlaması yoxdur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt