Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi – VİDEO

XƏBƏR XƏTTİ
Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Məcra.az xəbər verir ki, R.Şıxəliyev idarə etdiyi “BMW” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə R. Şıxəliyev sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

 


Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt