“Qarabağda çəkdiyim videoları kimlərsə öz adına çıxırlar…”-Dilqəm Əsgərov

XƏBƏR XƏTTİ
Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Noyabrın 20-si Ağdam Şəhəri Günüdür•Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Noyabrın 20-si Ağdam Şəhəri Günüdür•
“Əsirlikdən gələndən sonra kənddə təsərrüfatla məşğulam. Orada olduğum müddətdə rastlaşdığım hadisələrlə bağlı geniş müsahibə vermək fikrindəyəm. Təsəvvür edin ki, ermənilər də haqqımda film çəkib və məni orda terrorçu kimi qələmə veriblər”.
Bunu Bakupost.az -a açıqlamasında 6,5 il erməni əsirliyində işgəncələrə məruz qalan Kəlbəcər sakini, keçmiş döyüşçü Dilqəm Əsgərov deyib.
O, göstərdiyi xidmətlərin bir çox hallarda kölgədə qaldığını bildirib:
“Mən hərdən “YouTube” səhifəsinə baxıram və görürəm ki, əfsanə danışırlar. Haqqında danışdıqları adamlarla bağlı bir dənə fakt yoxdur. Qarabağda çəkdiyim videoların orijinalı özümdədir. Amma kimlərsə onları öz adına çıxırlar. Ona görə o videoları mətbuat vasitəsilə təqdim etmək istəyirəm. Bizdə paxıl adamlar çoxdur. Haqqımda olan videoları yavaş-yavaş “YouTube”dən silirlər. Amma bilmirlər ki, bunların orijinalı məndə var”.
Ermənilərin Dilqəm Əsgərov haqda çəkdiyi sənədli filmi təqdim edirik:

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt