Kürdəmirdə ağır qəza-3 nəfər öldü

XƏBƏR XƏTTİ
Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Noyabrın 20-si Ağdam Şəhəri Günüdür•Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Noyabrın 20-si Ağdam Şəhəri Günüdür•

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Məcra.az-a verilən məlumata görə, oktyabrın 28-də saat 22 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində, Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Əmrahov Fariz Valeh oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Kərimov Sənan Vüqar oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “Mercedes”in sürücüsü F.Əmrahov və “VAZ-2106” markalı nəqliyyat vasitəsində olan sərnişinlər İsmayıl Hamlet Həbib oğlu və Cəbrayılov Zamiq Vaqif oğlu vəfat ediblər.

“VAZ-2106” sürücüsü S.Kərimov, eləcə də “Mercedes” markalı nəqliyyat vasitəsində olan sərnişin Əmrahov Ariz Fariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırmalar aparılır.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt