Sumqayıtdakı DƏHŞƏTLİ QƏTLİN şahidləri danışdı – VİDEO

XƏBƏR XƏTTİ
Ronaldo niyə millini tərk etdi? – “Vaxtı gələndə izah edəcəyəm”•Paytaxtın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•Azərbaycanda toyda kütləvi zəhərlənmə•İşğaldan azad edilmiş ərazilərdə işləmək istəyənlərə şad xəbər: Vakansiyalar var•“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi…” – ŞOK•Minlərlə sərnişini daşıyan “manatlıq taksi”lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO•Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək•Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı•Ronaldo niyə millini tərk etdi? – “Vaxtı gələndə izah edəcəyəm”•Paytaxtın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•Azərbaycanda toyda kütləvi zəhərlənmə•İşğaldan azad edilmiş ərazilərdə işləmək istəyənlərə şad xəbər: Vakansiyalar var•“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi…” – ŞOK•Minlərlə sərnişini daşıyan “manatlıq taksi”lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO•Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək•Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı•

Sumqayıtda silahlı hücum zamanı zərərçəkənlərlə bağlı ilkin təfərrüat məlum olub. 

“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, hadisəyə şahid olan qonşular silahlı hücumun necə baş verdiyini danışıblar. Onlar zərərçəkmiş ailənin çox mehriban insanlar olduğunu, hansısa düşmənlərinin olmadığını bildiriblər.

Qeyd edək ki, hücumda Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş öldürülüb. Bundan başqa, Tərlan Fərəcova və Türkiyə vətəndaşı Serkan Karakaş yaralanıb. Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da xəsarət alıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Serkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.

1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt