Evə hücumda ölən və yaralananların kimliyi məlum oldu-FOTO

XƏBƏR XƏTTİ
Prezidentlə görüşdən paylaşım etdi•İlham Əliyev Məsud Pezeşkiana zəng etdi•Əli Həsənovun qızı Dubayda mağaza açdı – FOTOLAR•Bu küçələr təmirə bağlanır – Saat 21:00-dan•İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı – FOTOLAR•Sentyabrın son günündə hava necə olacaq?•Prezident İnfantinonu qəbul etdi – FOTOLAR•Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir – VİDEO•Prezidentlə görüşdən paylaşım etdi•İlham Əliyev Məsud Pezeşkiana zəng etdi•Əli Həsənovun qızı Dubayda mağaza açdı – FOTOLAR•Bu küçələr təmirə bağlanır – Saat 21:00-dan•İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı – FOTOLAR•Sentyabrın son günündə hava necə olacaq?•Prezident İnfantinonu qəbul etdi – FOTOLAR•Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir – VİDEO•

Xəbər verdiyimiz kimi, bu gün sübh vaxtı (saat 05:50) Sumqayıt şəhəri 16-cı mikrorayon ərazisində dəhşətli cinayət törədilib.

Məcra.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evinə silahlı hücum nəticəsində Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş güllə yaralarından vəfat edib. Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova isə güllə yarası alıb.

Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da xəsarət alıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Serkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.

1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

Fotoda Dağbəyi Fərəcov

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt