Təndirçinin telefonunu oğurlayan şəxs kameraya düşdü – Video

XƏBƏR XƏTTİ
Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Noyabrın 20-si Ağdam Şəhəri Günüdür•Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Noyabrın 20-si Ağdam Şəhəri Günüdür•

akı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən “Safa Cake” un məmulatları mağazasında təndirçi qadının telefonu oğurlanıb.

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oktyabrın 25-i axşam saatlarında mağazaya gələn 2 nəfər oranın işçisi Lətafət Məmmədovanın telefonunu gizli şəkildə talayıblar.

Belə ki, qabaqcadan əlbir olan şəxslərdən biri qadının diqqətini yayındırıb. Bu zaman digər şəxs təndirçinin telefonunu götürərək çörəklə birgə oradan uzaqlaşıb.

Hadisə ilə bağlı L.Məmmədova Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinə müraciət edib.

Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Hadisə anının görüntülərini təqdim edirik:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt