Atasını döyən şəxsi qisas məqsədilə öldürdü-Cəlilabaddakı qətlin təfərrüatı – VİDEO

XƏBƏR XƏTTİ
İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Qoy camaat ürəyindən keçəni desin” – VİDEO•Putin ordu ilə bağlı həmin fərmanı imzaladı•29 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•37 yaşlı yeni başçının dosyesi•Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi•Qaradağın yeni icra başçısı kimdir?•Yeni təyin olunan icra başçısı onun müavini imiş – Dosye•Bakı sakininin maşını Şuşada minaya düşdü•İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Qoy camaat ürəyindən keçəni desin” – VİDEO•Putin ordu ilə bağlı həmin fərmanı imzaladı•29 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•37 yaşlı yeni başçının dosyesi•Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi•Qaradağın yeni icra başçısı kimdir?•Yeni təyin olunan icra başçısı onun müavini imiş – Dosye•Bakı sakininin maşını Şuşada minaya düşdü•

Oktyabrın 24-də Cəlilabad rayonunda qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, yenicə həbsdən azadlığa çıxmış 1977-ci il təvəllüdlü Mirxəqani Əhmədov küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

“Xəzərxəbər” hadisənin görüntülərini yayıb. Bildirilib ki, M.Əhmədov aptekdən dərman alıb çıxarkən yol kənarında gözləyən gəncin hücumuna məruz qalıb. Ürək nahiyəsindən 2 ağır xəsarət alan 45 yaşlı şəxs xəstəxanada ölüb.

İlkin məlumata görə, hadisə qisas zəminində törədilib. Belə ki, M.Əhmədov vaxtilə rayon sakininlərdən birini döyərək onun sağlamlığına ciddi zərbələr vurub. 6 il həbs cəzası alan M.Əhmədov həbsdən çıxandan sonra döydüyü şəxsin oğlu onu öldürmək qərarına gəlib və izləyərək hücum edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt