“Prius”u polislərin üzərinə sürən şəxsə 9 il cəza verildi

XƏBƏR XƏTTİ
Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Bütün hədəflərə çatacağıq•Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Bütün hədəflərə çatacağıq•

“Prius” markalı avtomobili polislərin üzərinə sürməkdə ittiham olunan 36 yaşlı Rauf Qurbanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, R.Qurbanov özgənin əmlakını qəsdən zədələməkdə, xuliqanlıqda, qanunsuz narkotik dövriyyəsində və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərməkdə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində Nəsimi rayonunda qeydə alınıb.

R.Qurbanov həmin gün Metronun “Əcəmi” stansiyası yaxınlığında “Toyota Prius” markalı avtomobili ilə avtoxuliqanlıq edib. Onun daha sonra polisə müqavimət göstərməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə avtomobili nömrəsiz idarə edən sürücünün yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmaması, maşını polislərin üzərinə sürməsi və DYP-yə məxsus xidməti avtomobili qəsdən vurması əks olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt