Ulu Öndər Heydər Əliyevin irsinə sədaqət

XƏBƏR XƏTTİ
Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Bütün hədəflərə çatacağıq•Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Bütün hədəflərə çatacağıq•

Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. Partiyanın yaradıcısı dahi şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim partiya statusunu alan YAP daim siyasi proseslərin önündə olub, ona göstərilən etimadı layiqincə doğruldub. Möhtərəm Prezident cənab  İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olundu.

Ulu öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi. YAP-ın son qurultayında Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyev deyib: “YAP-ın bu günümüz üçün zəruri olan uğuru, yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilməsi oldu.  1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın, Yeni Azərbaycan Partiyasının tarixində önəmli mərhələnin təməlini qoydu. 1991-1993-cü ilin iyununa qədər olan dövr Azərbaycanın tarixində  uğursuz bir  səhifə  kimi öz əksini tapıb. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövrü yaddaşlardadır. Belə çətin məqamda  xalq üzünü öz xilaskarına-Ulu öndər Heydər Əliyevə tutdu”.

Qürur duyduğumuz ən mühüm gerçəklik isə sürətlə inkişaf edən bugünkü Azərbaycandır. YAP ölkənin ən böyük və qüdrətli siyasi partiyasıdır: Bu partiyanın gücü məhz onun Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında meydana gəlməsindədir. YAP-ın gücü Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutmasında, sıralarında birləşən 700 mindən nəfərdən çox insandadır. Azərbaycanın tarixi boyu hələ heç bir partiyanın ətrafında bu qədər üzv olmayıb. Bu, sadəcə, statistika deyil, partiyanın gücünün və qüdrətinin göstəricisidir. Bununla fəxr etməyə dəyər. Düşünürük ki, Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin Sədri olduğu partiya cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımlayır, bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranıb.  

Arif Abdullayev,

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Rəşad Abdullayevin atası

                                                                                                       

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt