Dünənin, bu günün, sabahın partiyası

XƏBƏR XƏTTİ
Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Bütün hədəflərə çatacağıq•Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Bütün hədəflərə çatacağıq•

Dünənin, bu günün və gələcəyin partiyası olan, gücünü Ümummilli liderimiz Heydər Əliyevin ideyalarından, xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin güclənməsinə, ictimai-siyasi sabitliyinin qorunmasına milsilsiz töhfələr verib. Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdir.

Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransı böyük tarixi hadisə idi. Ondan təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan – məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanlamışdılar. Ulu Öndər müraciətə müsbət cavab verərək, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə hazır olduğunu bildirmişdir və partiyanın təsis konfransının keçirilməsi haqqında qərar qəbul edilmişdir. O illərdə isə ölkəmizin gələcək inkişafı o qədər də aydın deyildi. Çünki Yeni Azərbaycan Partiyası noyabr ayında yaradılmışdı. Ondan sonra ölkədə dərin böhran daha da kəskinləşdi, 1993-cü ilin yay aylarında AXC-Müsavat cütlüyü ölkəmizdə qardaş qanı axıtdı, vətəndaş müharibəsi başlamışdı və bunun nəticəsində torpaqlarımızın işğalı prosesi davam etmişdir.

Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP,  sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi.

1993-cü ilin iyununda Azərbaycan dövlətçiliyinin müqəddəratı həll olunanda xalq öz qeyrətli oğlunu köməyə çağırdı. 1992-ci il 21 noyabrda təsis konfransını   respublikanın bütün bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən  Yeni Azərbaycan Partiyası çox qısa zamanda  ümumxalq partiyasına çevrildi, Ulu öndər  Heydər Əliyevin rəhbərliyi ilə biri-birindən mühüm uğurlara imza atdı.

    Xuraman Əliyeva,

    Sahibkar

                                                                         

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt