Laçın və Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutuldu

XƏBƏR XƏTTİ
Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Noyabrın 20-si Ağdam Şəhəri Günüdür•Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Noyabrın 20-si Ağdam Şəhəri Günüdür•

Avqustun 20-si saat 23:55-dən avqustun 21-i saat 06:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu, Çəmbərək rayonunun Cil, Gorus rayonunun Brun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd və Novoivanovka, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Məcra.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə cavab tədbirləri görülüb.

Bundan başqa, avqustun 21-i saat 06:20-dən 08:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Ağdam, Füzuli və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt