Bu gün Cəlilabadda ikinci Çiyələk festivalı keçiriləcək

Məcra.az xəbər verir ki, Çiyələk festivalı Cəlilabad rayonunda Heydər Əliyev seyrangahında baş tutacaq. Festivala saat 10:00-da start veriləcək və 21:00-dək davam edəcək.

Festival çərçivəsində qonaqlara  yetişdirilən müxtəlif növ çiyələklər təqdim olunacaq. Müğənnilərdən Xalq artisti Ağdadaş Ağayev, Qədir Qızılsəs, Əməkdar artist Yusif Mustafayev, Əflatun Qubadov, Damla, Talıb Tale, Fərid Mərd, Azər Zeyn, Aynurə Əliyeva, Mədinə Əsgərova, Ruslan Əbilov, Mirfərhad Həbibi konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, ölkənin cənub rayonlarından olan Cəlilabadda əhali əsasən kartofçuluq təsərrüfatıyla məşğuldur. Lakin son bir neçə ildə çiyələk təsərrüfatında da yüksək nəticələr əldə olunub.

Vasif Əlihüseyn

PAGE TOP