Azərbaycanda 14 yaşlı qızla evlənən şəxsə hökm oxundu

XƏBƏR XƏTTİ
Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Bütün hədəflərə çatacağıq•Qətlə yetirilən Gülarənin atası danışdı – “Ayxan 2 ay idi gecələr yatmırdı”+Video•Agdam: milli qürurumuzun təntənəsi•Tarixi və mədəni irsimizi yaşadan Ağdam•Ağdamın əvvəlki şöhrəti bərpa olunur•Ağdam qəhrəman şəhərdir•Ağdamın işğaldan azad olunmasından 6 il ötür•Azərbaycanın Böyük Zəfəri•Bütün hədəflərə çatacağıq•

Mayın 16-da Astara Rayon Məhkəməsində 14 yaşlı qızla evləndiyinə görə barəsində cinayət işi açılmış 29 yaşlı Samir Babayevə (şərti) hökm oxunub.

Məcra.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, S.Babayev Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib. Ona 9 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs edilərək cəzasını çəkəcəyi yerə göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, fəhləliklə məşğul olan Samir 2022-ci ilin sonlarında Şəmkirdə olarkən 14 yaşlı Aybikə (şərti) ilə tanış olub və onlar bir-birlərinə nömrələrini veriblər. Bundan sonra mütəmadi əlaqə saxlayıblar və qız Samirə onu qaçırmasını bildirib. Bu il yanvarın 7-də Samir Şəmkirə gedərək Aybikəni Bakıya qaçırıb, bir gün sonra isə yaşadığı Astara rayonuna aparıb və orada ər-arvad kimi yaşamağa başlayıblar.

Bir neçə gün sonra polis əməkdaşları Astaranın kəndinə gələrək Samir və Aybikəni saxlayıblar və onları Şəmkirə aparıblar.

Yeniyetmə qız ailəsinə təhvil verilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt