Azərbaycanda ər arvadını bıçaqlayıb öldürdü – YENİLƏNİB

Gəncədə qadının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Məcra.az-ın APA-ya istinadla məlumatına görə, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Elşən Quliyevin həyat yoldaşı – Tovuz rayonun Alakol kənd sakini 1980-ci il təvəllüdlü Yeganə Hümbətova ilə aralarında mübahisə düşüb.

Bu zaman əsəblərinə hakim ola bilməyən 38 yaşlı kişi həyat yoldaşının ürək nahiyəsinə bıçaqla zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Xatırldaq ki, bu, Yeganə Hümbətovanın ikinci evliliyi olub. Onun birinci  əri bir neçə il qabaq vəfat edib.

Mərhum ötən il Elşən Quliyevlə ailə qurub. 43 yaşlı qadının birinci evliliyindən bir qızı, bir oğlu olub.
***

12.43

Gəncə şəhəri ərazisində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə prokurorluğa məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı zərərçəkmiş şəxsin, 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Təfərrüatlar barədə əlavə məlumat veriləcək.

***

saat 12:27

Gəncədə qətl hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, şəhər ərazisində 38 yaşlı Elşən Quliyev həyat yoldaşı 34 yaşlı Yeganə Hümbətovanı bıçaqla qətlə yetirib.

İlkin məlumata görə, qətl qısqanclıq zəminində baş verib.

PAGE TOP