Müğənni Manaf Ağayevin oğlu həbs edilib.
Məcra.az APA-ya istinadən xəbər verir ki, Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşməməyi tövsiyə edib. Lakin Müşviq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıb. Məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.
***
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, Müşfiq Ağayev Səbail rayon Yol Polis İdarəsinin əməkdaşları tərəfindən təhülkəsizlik kəmərinindən istifadə etmədiyinə görə ona “saxla” əmri verilib.
“Avtomobil saxlanılandan sonra onun spirtli içkinin təsiri altında avtomobil idarə etdiyi məlum olub. Bu zaman Müşfiq Ağayev yol polisinin qanuni əmrinə tabe olmayıb və onları təhqir edib. Müşfiq Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə protokol tərtib edilib. Bundan başqa o, yol polisini təhqir etdiyi üçün 8-ci Polis Bölməsinə aparılıb. Onun barəsində 510-cu maddə ilə protokol tərtib olunaraq baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib
Məhkəmə protokolu təmin edib və Müşfiq Ağayev barəsində 5 sutka inzibati həbs qərarı çıxarılıb”.