Emin Piri – sözün şairi, Vətənin əsgəri, əzmin qalibi!Prezident təqaüdçüsü, tanınmış şair və Vətən müharibəsi iştirakçısı Emin Piri bu dəfə beynəlxalq idman arenasında Azərbaycan adına qürurverici uğura imza atıb.
Beynəlxalq Natural Bodibildinq Assosiasiyasının (INBA) təşkil etdiyi Avrasiya çempionatında Men’s Physique kateqoriyası üzrə mübarizə aparan Emin Piri rəqibləri arasında fərqlənərək gümüş medal qazanıb və çempionatın ikincisi olub!
Onun həyat yolu bir daha göstərir ki, insanı ucaldan təkcə qazandığı titullar deyil, daşıdığı dəyərlər, nümayiş etdirdiyi iradə və qarşısına qoyduğu məqsədlərə sədaqətidir.
Qələmi ilə düşüncələrə, Vətənə bağlılığı ilə milli ruhumuza, idmandakı əzmi ilə isə iradə və intizamın gücünə töhfə verən Emin Piri bu uğuru ilə bir daha sübut etdi ki, əsl mübarizə ruhu sərhəd tanımır!Bu gümüş medal böyük zəhmətin, iradənin və əzmkarlığın mükafatıdır.
Vüsal Kazımov, Cəlilabad şəhər icra nümayəndəsinin müavini,
YAP Cəlilabad rayon Təşkilatı Gənclər Birliyinin sədri