Naxçıvanda daha bir vəzifəli şəxs HƏBS EDİLDİ

XƏBƏR XƏTTİ
Boş qalan dövlət sifarişli yerlərlə bağlı açıqlama•Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı saxlanıldı•Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq•Müşfiqabadda dövlət bağçası niyə suyun içindədir – VİDEO•“Yanımızda hər həftə bir gəmi vurulur” – 12 azərbaycanlı dənizdə çarəsiz qalıb•Bu ərazilərdə səhərə qədər su olmayacaq – Xəbərdarlıq•Prezident Böyük Britaniyanın nazirini qəbul etdi – FOTOLAR•Prezidentlə görüşdən paylaşım edib bu sözləri yazdı•Boş qalan dövlət sifarişli yerlərlə bağlı açıqlama•Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı saxlanıldı•Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq•Müşfiqabadda dövlət bağçası niyə suyun içindədir – VİDEO•“Yanımızda hər həftə bir gəmi vurulur” – 12 azərbaycanlı dənizdə çarəsiz qalıb•Bu ərazilərdə səhərə qədər su olmayacaq – Xəbərdarlıq•Prezident Böyük Britaniyanın nazirini qəbul etdi – FOTOLAR•Prezidentlə görüşdən paylaşım edib bu sözləri yazdı•

Naxçıvanda daha bir qurumda dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb.

 

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğundan daxil olan məlumata görə, Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə bağlı Muxtar Respublikanın Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt