Cəlilabad Rayon Veteranlar Təşkilatı Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirib

Cəlilabad Rayon Veteranlar Təşkilatı Qarabağ Qaziləri ictimai birliyinin Cəlilabad filialı ilə birlikdə 3 -Dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirib. Rayon Veteranlar evində təşkil olunan tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin rəsmiləri əmək və müharibə veteranları ictimai birliklərin nümayəndələri və qələm adamları iştirak ediblər.

Tədbirdən öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb.
Rayon Veteranlar Təşkilatının sədri şair yurnalist Ədalət Salman çıxış edərək bildirib ki Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir. Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. O, ölkəmizdə əlillərin sosial rifahının yaxşılaşdırılması mənzillə təmin olunması üçün dövlətimiz tərəfindən həmişə diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb.
Əmək və müharibə veteranları çıxış edib kövrək təbəqəyə mənsub olan əlillərimizə həssaslıqla yanaşıb onlara hər cür qayğı göstərmək hamımızın müqəddəs borcu olduğunu bildiriblər.

Tədbirin sonunda müharibə əlillərindən bir qrupuna rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub və xatirə şəkilləri çəkilib.

Cenubtv.az

PAGE TOP