Gəncədə yas mərasimində partlayış, xəsarət alan var

XƏBƏR XƏTTİ
Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•

Gəncədə xeyir-şər evində partlayış baş verib.

“Qafqazinfo”nun məlumatına görə, partlayış Məhsəti qəsəbəsindəki yaşayış binalarından birində sakinlərin ümumi istifadəsində olan obyektdə qeydə alınıb.

Hadisə zamanı qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Ələkbərova xəsarət alıb. O, bədənin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov hadisə ilə bağlı açıqlama verib:

“Yas mərasimi zamanı aşpaz xanım qaz sobasını yandıran zaman, qazı çox açıb və yandırmağa ləngidiyindən ani alovlanma baş verib. Nəticədə G.Ələkbərova əl və üz nahiyələrinin 3-cü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda xəstəxanada olan G.Ələkbərovanın vəziyyəti normaldır”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt