DTX Naxçıvanda daha bir qurumda əməliyyat keçirdi

XƏBƏR XƏTTİ
Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq•Müşfiqabadda dövlət bağçası niyə suyun içindədir – VİDEO•“Yanımızda hər həftə bir gəmi vurulur” – 12 azərbaycanlı dənizdə çarəsiz qalıb•Bu ərazilərdə səhərə qədər su olmayacaq – Xəbərdarlıq•Prezident Böyük Britaniyanın nazirini qəbul etdi – FOTOLAR•Prezidentlə görüşdən paylaşım edib bu sözləri yazdı•“44” bədii filminin daha bir tizeri yayımlanıb – VİDEO•Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi – FOTO•Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq•Müşfiqabadda dövlət bağçası niyə suyun içindədir – VİDEO•“Yanımızda hər həftə bir gəmi vurulur” – 12 azərbaycanlı dənizdə çarəsiz qalıb•Bu ərazilərdə səhərə qədər su olmayacaq – Xəbərdarlıq•Prezident Böyük Britaniyanın nazirini qəbul etdi – FOTOLAR•Prezidentlə görüşdən paylaşım edib bu sözləri yazdı•“44” bədii filminin daha bir tizeri yayımlanıb – VİDEO•Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi – FOTO•

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirib.

Məcra.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu jurnalist Heydər Oğuz sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, komitənin bir neçə rəhbər şəxsi sorğuya çəkilib. İddialara görə, komitənin fəaliyyətində ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb.
Nəzərinizə çatdıraq ki, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılovdur.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib. Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt