Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir. Hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev onların hərtərəfli təminatı üçün bir sıra fərman və sərəncamlar imzalayıb.Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aidiyyəti dövlət qurumları,yerli icra orqanları, aidiyyəti üzrə Millət vəkilləri qazi və şəhid ailələri ilə mütəmadi olaraq görüşlər keçirilir, problemlərinin həlli istiqamətində mühüm işlər görülür.
“Yeni Gundem” xəbər verir ki, qazilərə hərzaman diqqət və qayğı göstərən Milli Məclisin deputatı Məlahət İbrahimqızı,bu gün Bakı şəhəri Nəsimi rayonundan olan Vətən müharibəsi qaziləri ilə Nezih Baku restoranında görüşüb.
Milli Məclisin deputatı Qazilərin problemləri ilə maraqlanıb.Vətən müharibəsi qazilərinin əksər problemləri yerindəcə həll edilib.
Qeyd edək ki, görüşdə “GÜNDƏM MEDİA” MMC və Yenigundem.az saytının direktoru Təbriz Məhərrəmoğluda iştirak edirdi.