Naxçıvanın maliyyə nazirinin saxlanma SƏBƏBİ BƏLLİ OLDU

XƏBƏR XƏTTİ
Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•

Naxçıvanın maliyyə naziri Rəfael Əliyevin saxlanılması barədə təfərrüat məlum olub.

Lent.az “azerxeber.az” saytına istinadən xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərdiyi dövrdə etdiyi qanunsuzluqlara görə saxlanılıb. R. Əliyev əvvəllər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 19 avqust 2020-ci il tarixli fərmanı ilə muxtar respublikanın maliyyə naziri təyin edilib.

Hazırda R. Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü(mənimsəmə, xüsusilə külli miqdarda törədildikdə)maddəsi ilə ittiham verilib və barəsində Səbail rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, DTX-a bir müddət əvvəl Naxçıvan Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt