Qələbəyə aparan yol

XƏBƏR XƏTTİ
Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib – Video+Fotolar•Prezident Aleksandr Oşpelti qəbul etdi – FOTOLAR•Cəlilabadda anım günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakından görüntülər•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib – Video+Fotolar•Prezident Aleksandr Oşpelti qəbul etdi – FOTOLAR•Cəlilabadda anım günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakından görüntülər•

Hələ müstəqillik  əldə etməzdən əvvəl Azərbaycan xalqının rastlaşdığı başlıca çətinliklərdən biri bu idi ki, Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Belə bir zamanda bütün xalqı öz ətrafında səfərbər edə biləcək şəxsiyyətin respublika rəhbərliyində olmaması Azərbaycanda toplanmaqda olan hərbi qüvvələri də güclü böhran qarşısında qoydu və ölkənin müstəqilliyinin məhvi təhlükəsi yarandı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri əvvəlcə Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhaliyə qarşı soyqırımı tətbiq etdilər, sonra isə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğalına başladılar.

Bütün işğalların sonu işğalçıların məğlubiyyəti ilə bitir. Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq özünün ərazi bütövlüyünü təmin etdi.

44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur.

Ordunun inkişaf etdirilməsi, onun ən müasir döyüş vasitələri ilə təchizatı, hər zaman Vətənin suverenliyi uğrunda canını fəda etməyə hazır olan şəxsi heyət yetişdirilməsi Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət mərkəzindədir. Bu məqsəd üçün güclü potensial yaradılmışdır.

Bugünkü Azərbaycan ordusu Ümumilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan ordusudur. 44 günlük Vətən müharibəsi isə ordumuzun qüdrəti barədə söylənənlərin praktik təsdiqi oldu. Düzdür, 2016-cı ilin aprelində və ötən ilin iyulunda qısamüddətli döyüşlər baş vermişdi. Həmin vaxtlarda ordumuz işğalçıya sarsıdıcı zərbələr endirərək, onu geri çəkilməyə məcbur etmişdi. Vətən müharibəsi isə Ermənistanın Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunması və işğal altında qalan ərazilərimizin azad edilməsi ilə nəticələndi.  Möhtərəm Prezident cənab  İlham Əliyev Ulu öndər Heydər Əliyevin  vəsiyyətini yerinə yetirdi.

Azərbaycan bundan sonra da daim sayılıb-seçilən ölkələrdən biri kimi planetin üzərində söz sahibi olacaq, daha da şöhrətlənəcək.

Həmdulla Hüseynov,

Şəhid Ramazan Hüseynzadənin atası

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt