“Tarixin sınağından şərəflə çıxdıq”

Zəfərimizdən üç il sonra, 2023-cü ilin 20 sentyabr tarixində suverenliyimizin tam bərpası ilə Azərbaycanın yeni dövrə qədəm qoydu. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik” çağırışı Azərbaycanın ədalətə və beynəlxaq hüquqa söykənən siyasətinin uğurlarının təqdimatı oldu. Bu müddətdə Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin dirçəldilməsi istiqamətində atılan addımların miqyasının genişliyi soydaşlarımızın bu torpaqlara qayıdışında da özünün aydın ifadəsini tapır.

Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi  Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Bu, tarixi hadisədir. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq.

Qarabağın bərpası və yenidən qurulması prosesini ölkə başçısı şəxsən özü izləyir və bu işlərə birbaşa nəzarət edir: “Bu prosesin mühüm tərkib hissəsi Böyük Qayıdışdır. Azad olunmuş ərazilərdə salınan infrastruktur obyektləri, keçmiş məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına sürətli və təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi bu gün Azərbaycan dövlətinin əsas prioritet siyasətlərindən biridir.

Meyxoş Abdullah, 

 yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident mükatçısı

👁 4 baxış