Məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair qaydalarda dəyişiklik olunub.
Mecra.az xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Qeyd olunur ki, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin (arvadının) yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara (kişilərə), həmçinin məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan şəxslərə və onların uşaqlarına (rayonun işğalınadək həmin ərazidə faktiki yaşayan şəxslər və onların uşaqları istisna olmaqla) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin veriləcək.
Qeyd edək ki, əvvəlki qaydalara əsasən, bu hüquq yalnız kişilərə şamil olunurdu. Yeni dəyişikliklə qadınlar da həmin hüquqdan yararlana biləcəklər. (Oxu.Az).