Polad Həşimovun anasının vəziyyəti açıqlandı

XƏBƏR XƏTTİ
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı•Polad Həşimovun anasının vəziyyəti açıqlandı•Şagirdlərin elektron yerdəyişməsi başlayır•“İdmandan kənar”: “Kəpənək kimi uç, arı kimi sanc” – Foto/Video•Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi – Təfərrüat•Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: “Uşağımı qəssab kimi doğrayıblar” – VİDEO•Bütün ölkə yağış duası oxuyacaq – Xalqa çağırış etdilər•Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu – Bir gündə 2,5 milyard qazandı•DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı•Polad Həşimovun anasının vəziyyəti açıqlandı•Şagirdlərin elektron yerdəyişməsi başlayır•“İdmandan kənar”: “Kəpənək kimi uç, arı kimi sanc” – Foto/Video•Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi – Təfərrüat•Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: “Uşağımı qəssab kimi doğrayıblar” – VİDEO•Bütün ölkə yağış duası oxuyacaq – Xalqa çağırış etdilər•Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu – Bir gündə 2,5 milyard qazandı•

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. 

Mecra.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzin 2 nömrəli Şəhər Xəstəxanasına hospitalizasiya olunub.

Arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları təyin edilən şəxsdə aparılan müayinələr zamanı pnevmoniya əlamətləri də aşkarlanıb.

Pasiyentin müalicəsi xəstəxananın Terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, S. Həşimovanın 77 yaşı var.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt