Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: “Uşağımı qəssab kimi doğrayıblar” – VİDEO

XƏBƏR XƏTTİ
Şagirdlərin elektron yerdəyişməsi başlayır•“İdmandan kənar”: “Kəpənək kimi uç, arı kimi sanc” – Foto/Video•Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi – Təfərrüat•Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: “Uşağımı qəssab kimi doğrayıblar” – VİDEO•Bütün ölkə yağış duası oxuyacaq – Xalqa çağırış etdilər•Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu – Bir gündə 2,5 milyard qazandı•Almaniyada nazir hoteldə ölü tapıldı•Lerikdə sakinlər yol problemini özləri həll edirlər – FOTO•Şagirdlərin elektron yerdəyişməsi başlayır•“İdmandan kənar”: “Kəpənək kimi uç, arı kimi sanc” – Foto/Video•Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi – Təfərrüat•Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: “Uşağımı qəssab kimi doğrayıblar” – VİDEO•Bütün ölkə yağış duası oxuyacaq – Xalqa çağırış etdilər•Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu – Bir gündə 2,5 milyard qazandı•Almaniyada nazir hoteldə ölü tapıldı•Lerikdə sakinlər yol problemini özləri həll edirlər – FOTO•

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb.

33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmin vaxt çayxanada olan bir neçə nəfər spirtli içki qəbul edirmiş.

Ananın sözlərinə görə, dörd nəfər oğlunu döyüb, daha sonra onlardan biri evdən bıçaq gətirərək ona xəsarətlər yetirib:

“İkisini boynunun arxasından, birini də ağciyərinə vurublar. Mənim oğlum malyardır, sənətkardır. Onlar içkili olublar. Oğlum sadəcə səs-küy salmamalarını deyib. Dörd oğlan onu döyüb, yıxılandan sonra üstünə düşüblər. Sonra gedib evdən bıçaq gətirərək bıçaqlayıb qaçıblar. Mənim uşağımı qəssab kimi doğrayıblar”, – deyə anası bildirib.

Qeyd edək ki, hadisəni törətməkdə 17 yaşlı yeniyetmə şübhəli bilinir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt