Sektor müdiri şəhid müəllimin məzarını ziyarət etdi – FOTOLAR

XƏBƏR XƏTTİ
Sektor müdiri şəhid müəllimin məzarını ziyarət etdi – FOTOLAR•İcra başçısı Göytəpədə vətəndaşlarla görüşdü – FOTOLAR•Cəlilabadda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirildi – FOTOLAR•Cəlilabadda olimpiadalara şagird qeydiyyatı ilə bağlı iclas keçirildi – FOTO•Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım+Video•Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı – Rəsmi cavab•Müəllimin şagirdi döydüyü iddia olunur: Direktor əvəzi “Uşağın nazı ilə oynamayacağıq” dedi – VİDEO•Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil•Sektor müdiri şəhid müəllimin məzarını ziyarət etdi – FOTOLAR•İcra başçısı Göytəpədə vətəndaşlarla görüşdü – FOTOLAR•Cəlilabadda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirildi – FOTOLAR•Cəlilabadda olimpiadalara şagird qeydiyyatı ilə bağlı iclas keçirildi – FOTO•Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım+Video•Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı – Rəsmi cavab•Müəllimin şagirdi döydüyü iddia olunur: Direktor əvəzi “Uşağın nazı ilə oynamayacağıq” dedi – VİDEO•Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil•

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov Vətən müharibəsində şəhid olan leytenant, müəllim Tural Rəhimovun məzarını ziyarət edib.

Mecra.az xəbər verir ki, anım günündə şəhidin məzarı ehtiramla yad edilib. Şəhid müəllimin ailə üzvləri ilə görüş keçirilib.

İlkin Zeynalov şəhid Tural Rəhimovla bağlı bunları deyib:

“44 günlük Vətən müharibəsində döyüş meydanında düşmənə dərs verən, müəllimlik missiyasını qəhrəmanlıq nümunəsi ilə tamamlayan şəhid müəllimimiz Tural Rəhimovun anım günündə əziz xatirəsini ehtiramla yad etdik, məzarını ziyarət etdik.

Tural müəllimin ailə üzvləri ilə görüşdük. Artıq bizi öz doğma ailə üzvləri kimi qəbul edən, qəhrəmanımızdan bizə əmanət qalan yeganə yadigarı Yağmurla görüşümüz isə həm kövrək, həm də duyğulu anlarla yadda qaldı.Tural müəllim bu gün aramızda olmasa da, onun qəhrəmanlığı, müəllimlik şərəfi və əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”.

Vasif ƏLİHÜSEYN

Şəkilin açıqlaması yoxdur.

Bir abidə və mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

 

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt