Güclü külək əsəcək – Xəbərdarlıq

XƏBƏR XƏTTİ
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı•Lökbatanda itlər sakinə hücum etdi – Həmin gün 5-ci hadisə imiş – VİDEO•İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı – VİDEO•Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar – VİDEO•Zelenski bugünkü görüşdən yazdı•Prezident xanımı ilə Türkiyəyə getdi – FOTOLAR•11 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Biləsuvarda sabiq məmur doğum günündə vəfat etdi•10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı•Lökbatanda itlər sakinə hücum etdi – Həmin gün 5-ci hadisə imiş – VİDEO•İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı – VİDEO•Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar – VİDEO•Zelenski bugünkü görüşdən yazdı•Prezident xanımı ilə Türkiyəyə getdi – FOTOLAR•11 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Biləsuvarda sabiq məmur doğum günündə vəfat etdi•

Noyabrın 5-i axşamdan 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Mecra.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8–28.4 m/san-dək güclənəcək.

Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt