Körpəsi ilə dəhşətli qəzaya düşən qadının vəziyyəti ağırdır

XƏBƏR XƏTTİ
Körpəsi ilə dəhşətli qəzaya düşən qadının vəziyyəti ağırdır•Yeni sədrə 2 müavin təyinatı – Biri sabiq nazirin oğludur•Temperatur 10° enəcək – Xəbərdarlıq•Bakıda qəzaya düşən “BMW” klinikaya girdi – FOTOLAR•4 Əfqanıstan vətəndaşı saxlanıldı – FOTO•6 milyonluq malikanəsi ilə tanınan Bəxtiyar Dali kimdir? – DOSYE•Sabah leysan olacaq, qar yağacaq•Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində – FOTO•Körpəsi ilə dəhşətli qəzaya düşən qadının vəziyyəti ağırdır•Yeni sədrə 2 müavin təyinatı – Biri sabiq nazirin oğludur•Temperatur 10° enəcək – Xəbərdarlıq•Bakıda qəzaya düşən “BMW” klinikaya girdi – FOTOLAR•4 Əfqanıstan vətəndaşı saxlanıldı – FOTO•6 milyonluq malikanəsi ilə tanınan Bəxtiyar Dali kimdir? – DOSYE•Sabah leysan olacaq, qar yağacaq•Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində – FOTO•

Xəbər verdiyimiz kimi, dünən “Toyota Prado” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı vurub.

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki,ötən gün saat 09:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən çağırış qeydə alınıb.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən 2 nəfər (qadın və körpə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bədənin bir neçə nahiyəsinin sınığı diaqnozu təyin edilən 1990-cı il təvəllüdlü şəxsin müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Başın açıq yarası diaqnozu təyin edilən 2025-ci il təvəllüdlü körpənin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb”, – məlumatda deyilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt