Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO

XƏBƏR XƏTTİ
BMU-nun tələbəsi vəfat etdi – Foto•Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO•Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib – VİDEO•3 yaşınadək uşağı olan bu analara hər ay – 100 manat veriləcək•Uşağın doğulmasına görə müavinət – 900 manat artırılır•Qarabağa xərclənəcək vəsaitin məbləği açıqlandı•Cəlilabadın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•Dəfn pulu da artırılır•BMU-nun tələbəsi vəfat etdi – Foto•Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO•Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib – VİDEO•3 yaşınadək uşağı olan bu analara hər ay – 100 manat veriləcək•Uşağın doğulmasına görə müavinət – 900 manat artırılır•Qarabağa xərclənəcək vəsaitin məbləği açıqlandı•Cəlilabadın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•Dəfn pulu da artırılır•

Dünən Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrliyində ağır qəza olub.

Mecra.az xəbər verir ki, Cavid Ağayevin idarə etdiyi “Toyota Prado” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı vurub.

Saat 09:38 radələrində baş vermiş hadisə nəticəsində A. Abdullayeva xəsarət alıb, körpənin vəziyyəti normaldır.

Qəzadan sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, ilkin araşdırma zamanı sürücü sükan arxasında yuxuya getdiyini və hadisənin necə baş verdiyini xatırlamadığını deyib: “O həmçinin əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini qeyd edib.

Sükan arxasında dəfələrlə yuxuya getdiyini bilə-bilə yenidən avtomobil idarə etmək insanların həyatını birbaşa təhlükəyə atan bağışlanmaz məsuliyyətsizlikdir.

Yuxulu halda sükan arxasına əyləşməmək də, yolda yuxusu gələndə təhlükəsiz yerdə dayanmaq da sürücünün öz əlindədir. Ancaq gözləri yumulduğu halda yoluna davam edən sürücü bir daha gözlərini açmaya, sağ qalsa belə, bir insanın ölümünə səbəb olan bu səhv qərara görə illərlə evindən və ailəsindən uzaqda gecələyə bilər”.

Hadisə anının görüntülərini təqdim edirik:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt