İki nəfərin öldüyü “Şəki yaylası” istirahət mərkəzi bağlandı

XƏBƏR XƏTTİ
İki nəfərin öldüyü “Şəki yaylası” istirahət mərkəzi bağlandı•Qulu Ağsəs: “Evdə yeganə gördüyüm iş çörək almaq və zibil atmaqdır…” – Müsahibə•Natiq Nağıyev vəzifəsindən azad edildi•Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu•Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı•Bəxtiyar Dali tək deyilmiş – Həmin qızın vəkili danışdı•Nəsimi Musayev uşaqların telefonlarını alıb, onları öldürməyə cəhd göstərməyib•Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi – FOTO•İki nəfərin öldüyü “Şəki yaylası” istirahət mərkəzi bağlandı•Qulu Ağsəs: “Evdə yeganə gördüyüm iş çörək almaq və zibil atmaqdır…” – Müsahibə•Natiq Nağıyev vəzifəsindən azad edildi•Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu•Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı•Bəxtiyar Dali tək deyilmiş – Həmin qızın vəkili danışdı•Nəsimi Musayev uşaqların telefonlarını alıb, onları öldürməyə cəhd göstərməyib•Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi – FOTO•

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi “Şəki Yaylası” istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Mecra.az xəbər verir ki,ərazidə istirahət mərkəzinə giriş məhdudlaşdırılıb. Mərkəzə aparan piyada keçidi bağlanıb, həmçinin avtomobillərin hərəkətinə isə tamamilə qadağa qoyulub.

Mərkəzdən bildirilib ki, istintaq tədbirləri ilə əlaqədar obyektin fəaliyyəti ilin sonunadək dayandırılıb. Həmçinin o da qeyd olunub ki, gələcəkdə zəruri dəyişikliklər və müvafiq tədbirlər həyata keçirildikdən sonra fəaliyyətin bərpası məsələsinə baxıla bilər.

Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. Əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. (Oxu.Az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt