Milyonçunun zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat

XƏBƏR XƏTTİ
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı•Bəxtiyar Dali tək deyilmiş – Həmin qızın vəkili danışdı•Nəsimi Musayev uşaqların telefonlarını alıb, onları öldürməyə cəhd göstərməyib•Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi – FOTO•Milyonçunun zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat•Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı xəbərdarlıq•Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı•Bəxtiyar Dali tək deyilmiş – Həmin qızın vəkili danışdı•Nəsimi Musayev uşaqların telefonlarını alıb, onları öldürməyə cəhd göstərməyib•Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi – FOTO•Milyonçunun zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat•Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı xəbərdarlıq•Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•

Novxanı qəsəbəsindəki bir neçə milyon manatlıq məşhur imarəti ilə tanınan Bəxtiyar Dalinin (Qaraşov) ittiham olunduğu cinayətin təfərrüatı bəlli olub.

Mecra.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri ərazisindəki hotel-restoranlardan birində bu ilin iyul ayında baş verib.

Bəxtiyar Qaraşov və onun iki dostu istirahət etmək üçün qeyd edilən obyektə gəliblər. Onlar yeyib-içəndən sonra kabinetə müğənni sifariş veriblər. Bəxtiyarın istirahət etdiyi otağa iki xanım müğənni gəlib.

Bir müddət mahnı oxuduqdan sonra B.Dali onların birindən oriyental rəqs etməsini istəyib.

İddiaya görə, gənc müğənni bu rəqsi bacarmadığını desə də Bəxtiyar və dostu qadını oriyental rəqs etməyə məcbur eləyiblər. Onlar daha sonra xanıma pul qarşılığında cinsi əlaqə təklifi veriblər. Lakin o, bunu rədd edib.

Bəxtiyar Dali dostlarından birini kabinetdə yeyib-içdikləri xanımlardan biri ilə yola salıb. Bundan sonra B.Qaraşov digər dostu ilə birlikdə kabinetin qapısını bağlayaraq orada qalan xanımı zorlamağa cəhd ediblər. Müğənninin qışqırığına hotel sahibi və işçilər gəliblər, qapını qıraraq qadını xilas ediblər. Hadisə yerinə polis əməkdaşları çağırılıb.

Bəxtiyar Dali hadisə yerində sərxoş vəziyyətdə saxlanılsa da dostu ərazidən qaçıb uzaqlaşa bilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs də saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. (Oxu.Az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt