Nəsimi Musayev uşaqların telefonlarını alıb, onları öldürməyə cəhd göstərməyib

XƏBƏR XƏTTİ
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı•Bəxtiyar Dali tək deyilmiş – Həmin qızın vəkili danışdı•Nəsimi Musayev uşaqların telefonlarını alıb, onları öldürməyə cəhd göstərməyib•Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi – FOTO•Milyonçunun zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat•Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı xəbərdarlıq•Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı•Bəxtiyar Dali tək deyilmiş – Həmin qızın vəkili danışdı•Nəsimi Musayev uşaqların telefonlarını alıb, onları öldürməyə cəhd göstərməyib•Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi – FOTO•Milyonçunun zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat•Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı xəbərdarlıq•Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•

Ermənistanın Sünik vilayətinin Şəki kəndində saxlanılan azərbaycanlı hərbi qulluqçu Nəsimi Musayev dindirilib və ifadə verib.

Mecra.az xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, azərbaycanlı hərbçi sərhədi keçməsinin səbəbini izah edib.

“Həmin şəxs bildirib ki, ərazidə duman olub və yolunu azıb. O, hadisə zamanı necə atəş açdığını da danışıb. Yalnız onu deyə bilərəm ki, onun öldürmək niyyəti olmayıb”, – deyə Poqosyan vurğulayıb.

Komitə sədri istintaqın maraqlarını əsas gətirərək digər təfərrüatları açıqlamayıb.

O bildirib ki, məsələ ilə bağlı Ermənistan parlamentində qapalı görüş keçiriləcək.

Poqosyan azərbaycanlı hərbçini müdafiə etmək niyyətində olmadığını da qeyd edib.

“Şəxs yolunu azaraq həmin əraziyə gəlib, bir ev görüb, pəncərəni sındıraraq içəri daxil olub və yemək hazırlayıb. Uşaqlar evə daxil olduqda telefonlarını əllərindən alıb, lakin saatlarla onlara xəsarət yetirməyib”, – deyə o bildirib.

Qeyd edək ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın Sünik vilayətinin Şəki kəndində saxlanılıb. Ermənistan tərəfi onun barəsində cinayət işi başladığını və iki aylıq həbs qətimkan tədbiri seçildiyini açıqlayıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. (Modern.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt