Astarada evdə dava: Gəlin qayınanasını döydü

XƏBƏR XƏTTİ
Şöbə rəisi qəfil vəfat etdi – FOTO•10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı•Müstəqil Azərbaycanın dövlətçilik və demokratiya yolunun hüquqi təməli•Müstəqil dövlətin Konstitusiya günü•Lökbatanda itlər sakinə hücum etdi – Həmin gün 5-ci hadisə imiş – VİDEO•İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı – VİDEO•Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar – VİDEO•Zelenski bugünkü görüşdən yazdı•Şöbə rəisi qəfil vəfat etdi – FOTO•10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı•Müstəqil Azərbaycanın dövlətçilik və demokratiya yolunun hüquqi təməli•Müstəqil dövlətin Konstitusiya günü•Lökbatanda itlər sakinə hücum etdi – Həmin gün 5-ci hadisə imiş – VİDEO•İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı – VİDEO•Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar – VİDEO•Zelenski bugünkü görüşdən yazdı•

Astara rayonunda gəlin qayınanasını döyüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun kəndlərindən birində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir – red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumruq zərbələri ilə döyüb. O, daha sonra dırnaqları ilə qayınanasının üzünü cırıb.

Qayınananın şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəliblər və gəlin saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı zamanı zərərçəkmişə dəymiş ziyan ödənilib və tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt