Temperatur 10° enəcək – Xəbərdarlıq

XƏBƏR XƏTTİ
Temperatur 10° enəcək – Xəbərdarlıq•Bakıda qəzaya düşən “BMW” klinikaya girdi – FOTOLAR•4 Əfqanıstan vətəndaşı saxlanıldı – FOTO•6 milyonluq malikanəsi ilə tanınan Bəxtiyar Dali kimdir? – DOSYE•Sabah leysan olacaq, qar yağacaq•Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində – FOTO•BMU-nun tələbəsi vəfat etdi – Foto•Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO•Temperatur 10° enəcək – Xəbərdarlıq•Bakıda qəzaya düşən “BMW” klinikaya girdi – FOTOLAR•4 Əfqanıstan vətəndaşı saxlanıldı – FOTO•6 milyonluq malikanəsi ilə tanınan Bəxtiyar Dali kimdir? – DOSYE•Sabah leysan olacaq, qar yağacaq•Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində – FOTO•BMU-nun tələbəsi vəfat etdi – Foto•Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO•

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir.

Mecra.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Noyabrın 5-i günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 5-i axşam, 6-sı gecə isə yağıntıların bir qədər güclənəcəyi ehtimal olunur. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 9-u axşamadək davam edəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi gözlənilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt