Müasir tədrisə innovativ yanaşma – fənlərarası inteqrasiya – FOTOLAR

XƏBƏR XƏTTİ
Temperatur 10° enəcək – Xəbərdarlıq•Bakıda qəzaya düşən “BMW” klinikaya girdi – FOTOLAR•4 Əfqanıstan vətəndaşı saxlanıldı – FOTO•6 milyonluq malikanəsi ilə tanınan Bəxtiyar Dali kimdir? – DOSYE•Sabah leysan olacaq, qar yağacaq•Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində – FOTO•BMU-nun tələbəsi vəfat etdi – Foto•Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO•Temperatur 10° enəcək – Xəbərdarlıq•Bakıda qəzaya düşən “BMW” klinikaya girdi – FOTOLAR•4 Əfqanıstan vətəndaşı saxlanıldı – FOTO•6 milyonluq malikanəsi ilə tanınan Bəxtiyar Dali kimdir? – DOSYE•Sabah leysan olacaq, qar yağacaq•Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində – FOTO•BMU-nun tələbəsi vəfat etdi – Foto•Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO•

Lənkəran-Astara Regional Təhsil İdarəsi ümumtəhsil müəssisələrində müasir təlim yanaşmalarının tətbiqini, müəllimlərarası əməkdaşlığın inkişafını və şagirdyönümlü tədris mühitinin formalaşdırılmasını təhsilin keyfiyyətinin yüksəldilməsinin mühüm şərtləri hesab edir.

Mecra.az xəbər verir ki, Cəlilabad rayonu Göytəpə şəhəri Vüqar Mürsəlov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində fənlərarası əlaqələrin gücləndirilməsi, müasir tədris metodlarının tətbiqi və şagirdlərdə yaradıcı təfəkkürün inkişafı istiqamətində maraqlı pedaqoji təcrübə nümayiş etdirilib.

Biologiya müəllimi Əlizamin Əliyev və Azərbaycan dili müəllimi Günel Əliyevanın birgə təşkil etdiyi inteqrativ dərsdə iki fənnin məzmunu qarşılıqlı əlaqələndirilərək vahid təlim prosesi çərçivəsində təqdim olunub. Dərs zamanı müəllimlərin birgə fəaliyyəti və fənlərarası inteqrasiyaya yaradıcı yanaşma şagirdlərə bilikləri kompleks şəkildə mənimsəmək, müxtəlif fənlər arasında məntiqi əlaqələr qurmaq və öyrəndiklərini praktik fəaliyyətə tətbiq etmək imkanı yaradıb.

Belə pedaqoji təcrübələr fərdi müəllim fəaliyyətindən birgə təlim və tədris fəaliyyətinə keçidi təşviq edir, fənlərarası əlaqələrin sistemli qurulmasına və şagirdlərin bilikləri vahid məntiqi çərçivədə mənimsəməsinə şərait yaradır.Müasir təhsilin keyfiyyəti yalnız müəllimin ötürdüyü məlumatın həcmi ilə deyil, şagirdin düşünmək, araşdırmaq, əlaqələndirmək və öyrəndiklərini tətbiq etmək bacarığı ilə ölçülür.

İnteqrativ dərsi Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun əməkdaşı Sübhi Rəcəbov, Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov, məktəbin metodistləri və fənn müəllimləri izləyiblər.

Bir dərs və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər

Bir uşaq, dərs, uşaq oyuncağı və mətn şəkili ola bilər

Bir dərs və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs, xəbər otağı və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar, uşaq oyuncağı və mətn şəkili ola bilər

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt