Sabah leysan olacaq, qar yağacaq

XƏBƏR XƏTTİ
6 milyonluq malikanəsi ilə tanınan Bəxtiyar Dali kimdir? – DOSYE•Sabah leysan olacaq, qar yağacaq•Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində – FOTO•BMU-nun tələbəsi vəfat etdi – Foto•Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO•Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib – VİDEO•3 yaşınadək uşağı olan bu analara hər ay – 100 manat veriləcək•Uşağın doğulmasına görə müavinət – 900 manat artırılır•6 milyonluq malikanəsi ilə tanınan Bəxtiyar Dali kimdir? – DOSYE•Sabah leysan olacaq, qar yağacaq•Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində – FOTO•BMU-nun tələbəsi vəfat etdi – Foto•Sükan arxasında yuxulayan sürücü ana və arabadakı körpəsinin üstündən keçdi – VİDEO•Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib – VİDEO•3 yaşınadək uşağı olan bu analara hər ay – 100 manat veriləcək•Uşağın doğulmasına görə müavinət – 900 manat artırılır•

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Mecra.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt