8 noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Mecra.az xəbər verir ki, aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, ərazi nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər. Aksiya çərçivəsində Cəlilabad şəhəri “Nar Bağı” ailəvi-uşaq parkının ərazisində 150 ədəd zeytun və nar ağacı əkilərək suvarma işləri aparılıb.
Yaşıllıqların qorunması məqsədilə ərazidə müvafiq tədbirlər həyata keçirilib, əkilən ağaclara isə aqrotexniki qaydada qulluq göstərilib.
Raqil QULİYEV







