Lənkəranda itkin kimi axtarılan iş adamının meyiti tapıldı

XƏBƏR XƏTTİ
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər•Beyləqan xəstəxanasına yeni direktor təyin edildi – Foto•Lənkəranda itkin kimi axtarılan iş adamının meyiti tapıldı•Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq•Sektor müdiri şəhid müəllimin məzarını ziyarət etdi – FOTOLAR•İcra başçısı Göytəpədə vətəndaşlarla görüşdü – FOTOLAR•Cəlilabadda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirildi – FOTOLAR•Cəlilabadda olimpiadalara şagird qeydiyyatı ilə bağlı iclas keçirildi – FOTO•Polad Həşimovun anası ilə bağlı üzücü xəbər•Beyləqan xəstəxanasına yeni direktor təyin edildi – Foto•Lənkəranda itkin kimi axtarılan iş adamının meyiti tapıldı•Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq•Sektor müdiri şəhid müəllimin məzarını ziyarət etdi – FOTOLAR•İcra başçısı Göytəpədə vətəndaşlarla görüşdü – FOTOLAR•Cəlilabadda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirildi – FOTOLAR•Cəlilabadda olimpiadalara şagird qeydiyyatı ilə bağlı iclas keçirildi – FOTO•

Lənkəranda kişi meyiti tapılıb.

Mecra.az xəbər verir ki, rayonun Ürgə kəndi ərazisində 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti aşkarlanıb.

Belə ki, ilkin məlumata görə, rayon sakini olan R.Əliyev iki gün bundan əvvəl ov etmək məqsədi ilə həmin əraziyə gedib, geri qayıtmayıb və axtarışları aparılıb.

Axtarışlar nəticəsində onun meyiti qamışlıq olan ərazidən tapılıb.

Meyitə baxış zamanı onun baş nahiyəsində xəsarət olduğu müəyyən edilib. Xəsarətin ehtiyatsızlıqdan yıxılaraq alması və ya kimsə tərəfindən yetirildiyi məlum deyil.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, 64 yaşlı Ramiz Əliyev Lənkəranda iş adamı kimi tanınır.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb.“Qafqazinfo”

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt