Polad Həşimovun anası ilə bağlı üzücü xəbər

XƏBƏR XƏTTİ
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər•Beyləqan xəstəxanasına yeni direktor təyin edildi – Foto•Lənkəranda itkin kimi axtarılan iş adamının meyiti tapıldı•Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq•Sektor müdiri şəhid müəllimin məzarını ziyarət etdi – FOTOLAR•İcra başçısı Göytəpədə vətəndaşlarla görüşdü – FOTOLAR•Cəlilabadda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirildi – FOTOLAR•Cəlilabadda olimpiadalara şagird qeydiyyatı ilə bağlı iclas keçirildi – FOTO•Polad Həşimovun anası ilə bağlı üzücü xəbər•Beyləqan xəstəxanasına yeni direktor təyin edildi – Foto•Lənkəranda itkin kimi axtarılan iş adamının meyiti tapıldı•Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq•Sektor müdiri şəhid müəllimin məzarını ziyarət etdi – FOTOLAR•İcra başçısı Göytəpədə vətəndaşlarla görüşdü – FOTOLAR•Cəlilabadda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirildi – FOTOLAR•Cəlilabadda olimpiadalara şagird qeydiyyatı ilə bağlı iclas keçirildi – FOTO•

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində problem yaranıb.

Mecra.az xəbər verir ki,bu haqda Medianews.az-a özəl məlumat daxil olub.

Məlumatda hətta onun xəstəxanaya yerləşdirildiyi haqda da deyilir. Xəbərin doğru olub olmadığını öyrənmək üçün Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova ilə əlaqə saxladıq.

Kəmalə xanım xəbəri təsdiqləyərək anasının hazırda xəstəxanada müalicə aldığını bildirib:

“Anamın səhhətində yaranan problemlər elə bir vəziyyətə çatdı ki, xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər problemi, böyrək, ürək çatışmazlığı və digər daxili orqanlarında çox böyük problemlər yaranıb. Görünür yaşadığı üzüntülər, stres və digər problemlər üst-üstə yığılıb və bir yerdən vurub üzə çıxıb. O da bu günlərə təsadüf edib. Hazırda Sumqayıtda 2 nömrəli şəhər xəstəxanasında müalicə alır. Sağ olsunlar, həkim kollektivi, xəstəxana rəhbərliyi anama böyük diqqət və qayğı göstərir. Anamın müayinə və müalicəsini yüksək səviyyədə təşkil ediblər. Səhhətində bir az irəliləyiş var. Ümid edirəm ki, anam həkimlərin səyi, onu sevənlərin duaları və Allahın köməyi ilə daha da yaxşı olacaq” deyə Kəmalə Həşimova bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt