Strateji əməkdaşlıqda mühüm vəsilə

15 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərini, TDT Baş katibini və Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq Elmi-Praktiki Konfransın iştirakçılarını qəbul edib. Prezident öz çıxışında mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə xüsusi yer verib. O, deyib ki, Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir – XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır.

Azərbaycanın beynəlxalq tədbirlər siyasətində mədəniyyətlərarası dialoq xüsusi yer tutur. Bakıda keçrilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları da sülh, tolerantlıq və xalqlar arasında anlaşmanın təşviqi baxımından mühüm platforma kimi qəbul olunur

Ermənistanın qəsbkarlıq siyasəti bu sahəyə ciddi ziyan vurdu. İşğal dövründə təkcə Ağdamda bir dənə də olsun bina qalmamışdı. Nə şəhərdə, nə də ki, işğal altında olan kəndlərdə. Bütün binalar söküldü, daşlar talan edildi, aparıldı, bazarlarda satıldı. Bunun əsas məqsədi o idi ki, şəhərlər dağıdılsın, ondan sonra azərbaycanlılar heç vaxt qayıtmasınlar. Bu, birinci məqsəd idi. İkinci məqsəd, əlbəttə ki, təmənna, yəni talançılıq idi. Sökülən o daşları, binaların dam örtüklərini, çərçivələri, hətta qəbir daşlarına qədər aparmışdılar. Sonra o rəhmətə getmiş insanların o qəbir daşlarında olan adlarını silib onları bir mərmər kimi, qranit kimi bazarlarda satırdılar. Hətta qəbirləri qazıb rəhmətə getmişlərin qızıl dişlərini belə çıxardırdılar. Xalqımızın milli-mənəvi dəyərlərimizə, dinimizə o qədər böyük sevgi və hörməti var ki, biz birinci bərpa işlərini məsciddən başladıq və bu gün bu proses davam etdirilir.

Arzu Əyyarqızı,

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan  Jurnalistlər Birliyinin üzvü

👁 1 baxış