“Qarabağ Azərbaycanın dilbər guşəsidir”

2023-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Müzəffər Komandanı cənab ham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Dövlət Bayrağını ucaldaraq Azərbaycan xalqına müraciət etməsi bu baxımdan müstəsna tarixi hadisə oldu.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təntənəli şəkildə qeyd edilir. Beləliklə, artıq üçüncü ildir qeyd olunan bu əlamətdar gün Azərbaycanın dövlətçilik tarixində xüsusi məna daşıyan hadisələr sırasındadır.

Bu gün Azərbaycanın sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınması, nüfuz qazanması, Vaşinqton zəfəri ilə dünyanın diqqətində olması özündə mühüm məqamları ehtiva edir. Azərbaycan hər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olub. Hazırda imzalanması qaçılmaz olan sülh müqaviləsinin müəllifi də Azərbaycandır.  Prezident İlham Əliyev bu reallığı da bəyan etdi ki, son beş ilin tarixi heç bir xarici qüvvənin bizim iradəmizə təsir edə bilmədiyini göstərdi. Çünki bizim işimiz haqq işidir.

Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik..

İşğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilib, mədəni irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Əminliklə söyləmək olar ki, bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcək.

 

Maşalla Əliyev,

Birinici Qarabağ müharibəsinin  l qrup əlili

👁 2 baxış